Yaşadığımız XXİ əsr öz yenilikləri və ağlasığmaz inkişafı ilə həyatda baş verən bir çox dəyişikliklərdə öz təsirini göstərir. Hətta bu təsir bəzən o qədər güclü olurki, insanların şüuruna və düşünmə tərzində belə özünü biruzə verir. Bəs bu yeniliyin və tərəqqinin insanların münasibətində nə qədər özünü doğrultması və davamlılığı düşündürücü sualdır.
Müqayisə üçün ilkin olaraq tanışlıq formalarına nəzər salsaq, əvvəllər tanışlıq məkanı ya hər hansi bir ictimai nəqliyyat (tramvay, avtobus və s) və ya ictimai əyləncəli (kinoteatr, konsert, film festivaları və s) yerlər idisə, indi tanışlıq növləri daha asan və konkretdir – internet, blutuz və ya sms. Buradan belə bir sual yaranır ki, bu tip tanışlıqlar nə qədər uzun ömürlü, səmimi və dürüst olur..?! Əlbəttə əgər söhbət virtual tanışlıqdan gedirsə, insanlar özlərini olmaq istədikləri kimi təqdim etmək üçün çox da əziyyət çəkməyə ehtiyac duymurlar. Bütün bu tanışlıq növləri isə nəticə etibarı ilə ona gətirib çıxarır ki, müasir dövrün tələbləri, flirt, əyləncə, və “yaxın” əlaqə (close relation) yaratmaqdır. Bu tələblər hal-hazırda o qədər prioritetə çevrilibki, nəinki gənclər hətta yeniyetmələr belə bu tələblərlə uyğunlaşmağa can atır.
Çox uzağa getmək lazım deyil, istirahət etmək və ya hər hansı bir informasiyanı əldə etmək üçün istifadə etdiyimiz telekanallarda belə bunun şahidi olmaq üçün ən azı 20-25 dəq yetər. Verilişə baxırıq və sətir altı yazılar gedir: “ 16-17 yaşında olan və sevməyi bacaran oğlan varsa, tanış olmaq istəyirəm, yaşım 16, Zabratda yaşayaıram, adım Güneldir, sms göndərin, TƏLƏSİN!” Maraqlıdır, tələsməsə nə olacaq görəsən? J Amma acınacaqlıdırki, 16 yaşında yeniyetmənin maraq dairəsi təhsil almaq, həyatda özünə mövqe tutmaq, cəmiyyətin faydalı bir vətəndaşı olmaq deyil, əks cinsin nümayəndələrinə sevgi təklifi ilə çıxış etməkdir.
Əgər bizlər həmin yaş dövründə valideynlərimizin daima bizə aşıladığı “əxlaq, mənəvi dəyərlər, dürüstlük, şərəf, ləyaqət, namusla yaşamaq vacibliyi” terminlər idisə, indi həmin terminlər az qala arxaizm sözlər sırasına aid edilir və əgər valideynlərimizin bizə öyrətdiyi əsas dəyərlərləri qorumağa çalışırıqsa, “müasir” gənclər tərəfindən qəbul edilməz oluruq və “keçmiş əsrin adamları” adını belə alırıq. Lakin, insanlar bir anlıq vaxt ayırıb düşünmək istəmirlərki, 16-17 yaşlarında yeniyetmə bir şəxs “müasir” metodlarla özünə həmdəm axtarırsa, həyatda flirt və əyləncəyə meyl edirsə, onun gələcəkdə öz övladlarına verə biləcəyi nəsihət hansı formada və nə dərəcədə düzgün ola bilər?!?!?!?!?!
Budurmu, cəmiyyətimizi əxlaqi-mənəvi dəyərlədən uzaqlarşdıran müasir dövrün tələbləri? Budurmu, XXİ əsrin inkişafını özündə əks etdirən Müasir dövr tələbləri?Əgər həqiqətəndə, müasir dövrün tələbləri bunlardırsa və bu tələblər cəmiyyət tərəfindən normal olaraq qəbul edilirsə, o zaman, nə etmək olar, ya zamana uyğunlaşmalıyıq, ya da, “layiq” olduğumuz, “ köhnə əsrdən qalma” adını rahatlıqla qəbul etməliyik. Aforizmdə deyildiyi kimi, “Dünyanı dəyişmək istəyirsə, özünü dəyiş”
PS: Yazılan məqalə ilə razılaşmayan gənclər ola bilər, ən azından buna sevinmiş olaram, çünki bu mentolitetimizi və milli dəyərlərimizi qoruyan gənclərin mövcudluğunu göstərə bilər.
FAithfully,Aytekin_LAnkaran
Təəssüflər olsun ki, məqalədə sadalalan faktların əksəriyyəti ilə razılaşmalıyam. Lakin, bu o demək deyil ki, vəziyyət bu dərəcədə acınacaqlıdır. Mənim fikrimcə məqalədə qeyd olunan faktları yalnız kiçik qrup insana aid etmək olar. Bu insanlar, ya bekar, başlarını nəylə qatacaqlarını bilməyən gənclərdir, yaxud, ifadəmə görə üzr istəyirəm - əyləncə axtaran "yaşı ötmüş" qızlar və ya oğlanlardır. Şükürlər olsun ki, cəmiyyətimiz inkişaf edir və bekar insanların sayı azalmaqdadır. Bu isə o deməkdir, məqalədə hal-hazırda aktual görülən problem yaxın zamanlarda keçmişin acı xatirəsi kimi yada düşəcək!
Dekabr 18, 2007 17:01