Bu gün 22 yanvar Lənkəranın qəhrəman oğlu, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə adı qızıl hərflərlə yazılmış sərkərdələrdən Həzi Aslanovun doğum günüdür. Həzi Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra o, komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad suvari məktəbinə daxil oldu. Iki illik təhsildən sonra, o, Kotovsk adına III Bessarabiya suvari diviziyasında zvod komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə möhkəm bağlanan Həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir həm də öyrədirdi.
Ikinci dünya müharibəsi başlananda, o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə Alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941 ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H. Aslanov 1942–ci il, 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O, daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il, dekabrın 17-dən 1944-cü il, aprelin 6-na kimi o, Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona Tank Qoşunları General Mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belorusiya və Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. H. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı Bayraq ordeninə , general özü isə ikinci dərəcəli Suvorov Ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cı ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, birinci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir. 24 yanvar 1945–ci ildə Həzi məlum quvvələr tərəfindən qətlə yətirilənədək, vətənə sadig bir əsgər kimi xidmət göstərmişdir. Ölümündən 47 il sonra ikinci Sovet Ittifaqı Qəhrəmanı adı ona verilmişdir.
|
|
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.
Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.
Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.
Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.
Aytekin Aliyeva
- İndi blogda: 17
- Keçən ayın hiti: 9238
- Dünənki hit: 191
- Bugünki hit: 33
- Ümumi hit: 53155
|