İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası
Maddə 11. Toplantı və assosiasiya azadlığı
I. Hər bir kəs dinc yığıncaqlar keçirmək azadlığı və başqa şəxslərlə assosiasiyalarda, həmkarlar ittifaqı yaratmaq və öz maraqlarının müdafiəsi üçün ora girmək də daxil olmaqla birləşmək azadlığına malikdir.
II. Bu hüquqların müdafiəsi qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyi və ictimai sabitlik baxımından zəruri olan qarışıqlığın və cinayətkarlığın qarşısını almaq, sağlamlıq və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə qoyulan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyəti olmamalıdır.


