Maddə 58. Birləşmək azadlığı 1. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır 2. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya,həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir.Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. 3. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. 4. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır.


