Reklam verin!
     
 

5'FREEDOMS

People are Lonely Because They Build Walls Instead of Bridges

İş adamı

Yaxınlarda Lənkəranın görkəmli şəxsiyyətləri haqqında kitab dərc olunacaq. Həmin görkəmli şəxsiyyətlər arasında Lənkəranın inkişaf etməsində xüsusi əməyi olan babam Şükür Rəhimov haqqında məlumat dərc olunacaq.

Şükür Rəhimov rayon partiya komitəsi katibinin müavini, 1964-Lənkəran rayon İcraiyyə komitəsinin sədri vəzifəsində işləmiş, işlədiyi dövrdə (1964-1970) insanların həyat səviyyəsini yaxşılaşdırmış, əməyə münasibəti kökündən dəyişmiş və hamının tanıdığı Kənarmeşə kəndində 600 nəfərlik məktəblinin istirahət edə bilməsi üçün pioner düşərgəsinin salınmasında təşəbbüsü olan ilk səxs olmuşdur. Əfsuslar olsunki, hazırda həmin düşərgə müxtəlif sakinlər tərəfindən mənimsənilmişdir....

Babam Şükür Rəhimov haqqında kitabda dərc olunacaq məlumatları, onun gördüyü faydalı işləri  yeniyetmələrə, gənclərə və icmaya çatdırmağı özümə borcu bilirəm!!!

Ətraflı ozumaq üçün Davamı...  linkden istifade ede bilersiz...

Rehimov Shukur1964-1970-ci illərdə rayonun iqtisadiyyatında yeni inkişaf və tərəqqi hiss olunmağa başlandı. Dövlətə kənd təsərrüfatı və heyvandarlıq məhsulları satışı planının yerinə yetirilməsində görkəmli nailiyyətlərin qazanılması baş verdi. Əlbəttə, xalqın ümumi səyinin və bacarığının əməyə olan bu sonsuz tükənməz marağının artması ilə bərabər, onların həyat səviyyəsi durmadan yaxşılaşmağa doğru inkişaf etməyə başladı. Bir sözlə, hər yerdə əməyə münasibət kökündən dəyişdi. Zəhmətkeşlərin iqtisadi durumu yaxşılaşdıqca onların yaşayış səviyyəsində yeni mərhələ başlanırdı. Həyat öz axarına düşmüşdü. Yüzlərlə adam özlərinə rahat mənzillər tikmiş, yeni maşınlar almış, mənzillərinə yeni avadanlıqlar alırdılar. Radio, televiziya yayımı da zəhmətkeşlərin mədəni istirahətinin şən və mənalı keçməyinə xidmət etməyə başladı. Xalqın ümumi səyini və bacarığını əməyə olan sonsuz marağını artırmaq üçün rayonda işgüzar bacarıqlı və səriştəli rəhbər işçilərdən də çox şey asılı idi. Belə rəhbər kadrlardan biri də 1964-1970-ci illərdə rayonda İcraiyyə komitəsinin sədri işləmiş Şükür Rəhimovdur. Başqaları kimi Şükür Rəhimovun inkişaf və tərəqqi yolu heç də hamar olmamışdır.

Şükür Ağarəhim oğlu Rəhimov 1929-cu ildə Kənarmeşə kəndində anadan olmuşdur. 1944-cü ildə Xolmili kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1944/28/IX-cu il tarixli RMŞ № 337 əmrinə əsasən Rəhimov Şükür orta təhsilli dörd aylıq fizika-riyaziyyat kursunu bitirdikdən sonra Rvo kənd orta məktəbinə müəllim və baş pioner dəstə rəhbəri təyin edilmişdir. 1945-ci ildə Vel kənd 7-illik məktəbində Azərbaycan dili müəllimi, 1946-1953-cü tədris ilində həmin ixtisasla Ş.Rəhimov Aşağı Nüvədi 7-illik məktəbə müəllim işləmiş və 1946-cı ildə isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olmuş və 1966-cı ildə orada Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə tam kursu bitirmişdir.

1959-1963-cü illərdə Bakı Ali Partiya məktəbində oxumuşdur. 1963-cü ildən1964-cü ilə kimi rayon partiya komitəsi katibinin müavini, 1964-1970-ci illər ərzində Lənkəran rayon İcraiyyə komitəsinin sədri vəzifəsində işləmişdir.

1970-ci ildən ömrünün axırına kimi şəhər 113 №-li texniki peşə məktəbində müəllim və tərbiyəvi işlər üzrə direktor müavini işləmişdir. İnsan həyatında yaxşılıq, xeyirxahlıq, nəcib əməl insanın mənəvi keyfiyyətlərini tamamlayan xüsusiyyətlərdir. Məhz 1967-ci ildə Şükür Rəhimovun təşəbbüsü və təklifi ilə Kənarmeşədə, təbiətin ən dilbər guşəsində, yaşıllıqlar qoynunda, mavi Xəzərin lacivərd qumlu sahillərindən bir qədər yuxarıda məktəblilərin yay istirahətinin şən və mənalı keçirilməsi üçün üç pioner düşərgəsi salındı.   

Axı Şükür də bu cür könülaçan, fərəh doğuran yerdə dünyaya göz açmış, Xəzərin həzin laylasıyla böyümüş, saatlarla quşların səsinə qulaq asmışdı. Belə bir yerdə məktəblilər üçün istirahət yerinin seçilməsində Ş.Rəhimov heç də səhv etməmişdir. Təbiətin bəxş etdiyi bu füsunkar məkanda yay mövsümü ərzində hər üç düşərgədə 600 nəfər pioner və məktəblilərin istirahət etməsi üçün hər cür şərait yaradıldı. “B.O.Abbasov”, “H.Aslanov”, “Nizami” düşərgəsi 1991-ci ilədək fəaliyyət göstərməyə başladı.

Ş.Rəhimov işlədiyi müddət ərzində qabaqcıl maarif işçisi kimi Azərbaycan SSR müəllimlərinin V qurultayına Lənkəran KP təşkilatının II-III konfranslarına, Azərb.KP.Mk-nın Plenumlarına nümayəndə seçilmişdir.

        1959-cu ildən 06 №-li seçki dairəsindən Lənkəran rayon zəhmətkeşlər Deputatları sovetinə deputat seçilmişdir.1963-cü ildən ümumittifaq “Bilik cəmiyyəti”nin üzvü olub. Bu dövr ərzində  Ş.Rəhimov bir neçə orden və medallarla təltif edimişdir.


Aytekin     Fevral 12, 2008 15:00
Şərhlər(0)    105 oxunma
Bölməsiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Aytekin
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.

Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.

Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.

Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.

Aytekin Aliyeva
Hüquqlarınızı bilirsinizmi?




program  fellowship  scholars  vacancy  peace  blog  iatp  assistant  forum  computer  public  summer  university  korrupsiya  masters  courses  scholarship  tea  social  irex  science  fellowships  yardım  harvard  muskie  azerbaijan  flex  corps  müsabiqə  aytekin  18  media  bp  dövlət  malaysian  ict  library  attorney  japan  vagif  symposium  office  france  wiki  by  muslim  azerbaycan  european  musabiqe  turkey  policy  2002,  college  tefl  birthday,20  alumni  islahatlar  intercultural  history  day  course  lisenziya  mtcp  landscape  osi  ceeli  institute  translator  soho  dövr  occupied-domains  praxis  research  hüquqi  internship  sheffafliq  bucharest  wilson  gulshan  scholarships  training  iyul,famous  khalilov  təhsildə  məleykə  pilot  of  independence  religion  geology  rabitə  universities  staff  mammadova,  us  supervisors  müasir  management  iaro  konstitusiya  work  online  jurnalistika  freedoms  humanities  huseynova,  undergraduate  yd  people,life  samir  leadership  tqdk  rights  usaid  the  october,  workshop  school  rusumunun  study  teachers  conference  sosial  at  iearn  abbaszadə  culture  kateqoriya  aliyeva  vacancy_irex  iran  seminar  fundamental  penn  access  grant  aba  adb  hassanov  international  interpreter  evs  free  world  armenians  hüquq  globalization  tütün  2008  academy  center  sevinj  washington  turism  uşaq  usaid/caucasus  participants  abituriyent  human 
  • İndi blogda: 44
  • Keçən ayın hiti: 9238
  • Dünənki hit: 191
  • Bugünki hit: 60
  • Ümumi hit: 53182


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com