Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 25. Bərabərlik hüququ
I. Hər kəs qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi və qadının eyni hüquqları və azadlıqları vardır
III. Dövlət irqindən,milliyyətindən,dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.