Reklam verin!
     
 

5'FREEDOMS

People are Lonely Because They Build Walls Instead of Bridges

İSLAM MƏDƏNİYYƏTİNDƏ DEMOKRATİK ƏNƏNƏLƏR

Serdar Yusifogluİslam dininin böyük rəhbərləri öz müxalifləri ilə dialoqa üstünlük

vermişlər. Həzrət Məhəmməd peyğəmbərin (s) müşrik, kafir və digər müxalifləri ilə çoxsaylı polemikaları, peyğəmbərdən sonra İslamın əziz rəhbərlərinin ardıcıl dialoqları bu həqiqətə parlaq misaldır.
Sual oluna bilər: Əgər İslam elm, məntiq və dialoq dinidirsə, onda İslam tarixi boyunca qanlı müharibələrə səbəb nədir?

Bütün tarixçilər, xususilə də sivilizasiyalar tarixini yaradanlar bu qənaətə gəlmişlər ki, İslam müharibələri ümumiyyətlə müdafiə xarakteri daşımışdır. İslamın zəfər yürüşlərinə səbəb qılınc deyil, ağıl, güclü məntiq, yüksək düşüncələr, İslamın möhtəşəm nuru olmuşdur.
İslam qeyri-qanuni və mühakiməsiz icra olunan qətlləri məhkum edir. İslam insanların cəhalət, təkəbbür və hegemonçuluq ehtiraslarından irəli gələn zorakılıqları xəyanət sayır. İslam hər cür terror və qarət törədənlərin kimliyindən asılı olmayaraq cəzalandırılmalarını tələb edir.
1300 il bundan əvvəl qələmə alınmış və bu gün bəşəriyyətin böyük bir qismi tərəfindən istifadə olunan nurlu İslam mənbələrindən oxuyuruq:
Quran və Əhli-beytin düşmənlərindən 13 nəfərini öldürmüş Abdullah İbn Nəcaşi adlı müsəlman İmam Sadiqin (ə) yanına gəlib bu qətl hadisəsini İmama xəbər verdi. İmam buyurdu: «Bu qətllər dini hakimin icazəsi iləmi olub?» Dedi: «Xeyr». İmam buyurdu: «Belə olan təqdirdə, siz özünüz mühakimə edilib, cəzalandırılmalısınız».
(Vəsailuş Şiə, kitab əl-Duyam, 22-ci fəsil, s.23)

Bu misal onu göstərir ki, İslam qanuni məhkəmə olmadan törədilən qətl və qarətləri terror sayır.
İslam demokratiyasının Qərb demokratiyasından əsas fərqi ondan ibarətdir ki, İslamda qanunlar vəhyə, ictimai azadlığın çərçivəsi isə mənəvi aləmlə sıx bağlıdır. İslam islahatçı ilahiyyatçıları və liberal ruhanilər son 30 ildə ənənəvi Islam fəlsəfəsini təkrar nəzərdən keçirərək onu seçkili idarə etmə xalq suverenliyi, ümumi səsvermə hüququ və dini plüralizm kimi müasir anlayışlara uyğunlaşdırmağa çalışıblar. Onların amalı İslamın mənəvi hüdudları daxilində liberal demokratik cəmiyyət, başqa sözlə, İslam demokratiyasını bərqərar etməkdir. İslam prinsiplərinə görə, dində məcburiyyət yoxdur. Bu prinsip Bəqərə surəsinin 256-cı ayəsində təsbit edilmişdir. Quranda olan xitablar təkcə müsəlmanları yox, bütün bəşəriyyəti əhatə edir.
Cəsarətlə qeyd etmək olar ki, ilk insan hüquqlarını müdafiə edən təşkilatlar məhz ilahi peyğəmbərlərin təşkilatı olmuşdur. Təqribən 1400 il bundan əvvəl müqəddəs Qurani-Kərimdə irqçilik, milliyyətçilik, rüşvətxorluq, haqsız qətllər, cinayətlər qəti pislənmişdir. Halbuki Avropada bu məsələlər 50-60 il bundan öncəyə qədər tam həllini tapmamışdı.
İslamda qadın hüququ. İslamdakı qadın hüququndan danışarkən İslamdan öncəki tarixə nəzər salmaq yerinə düşərdi. İslam Məkkədə zühur etdiyi bir vaxtda iki böyük imperiya mövcud idi: Şərqi Roma və İran imperiyası.
Amerikalı filosof, tarixçi və yazıçı Uill Dyurant «Mədəniyyət tarixi» əsərində belə yazır: Əgər bir qadın yəhudi qanunlarına qarşı çıxsaydı əri onu talaq vermədən boşaya bilərdi. İslamdan öncə Şərqi Roma və İranda qadın bir əşya və ləzzət mənbəyi idi. Ərəbistanda isə ən pis adət mövcud idi. Ata təzə doğulmuş qızını vəhşicəsinə, diri-diri torpağa basdırırdı. İslam ideologiyası və dövlətçiliyi bu cinayətləri pislədi.
Mərhum İmam Xomeyni bunları qeyd etmişdir: «İslam qadına tarixdə misli-bərabəri olmayan xidmətlər etmişdir. İslam qadını cahiliyyət dövrünün bataqlıqlarından çıxarmış və ona şəxsiyyət əta etmişdir. İslam qadınların əlindən tutaraq, kişilərlə bərabər səviyyəyə çatdırmışdır. Qadınlar şücaətli kişiləri öz qucaqlarında tərbiyə etmişlər. Qurani-Kərim insan yetişdirir, qadınlar da insan yetişdirirlər. Əgər insanpərvər qadınları millətlərdən ayırsalar millətlər məğlub olarlarmış» («Səhifeyi-Nur»).
İbn Abbas sevimli peyğəmbərimiz Həzrət Məhəmməddən (s) rəvayət edir: «Hər kim bazara girib əhli-əyalına hədiyə alsa ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir. Qızlar oğlanlardan üstün tutulmalıdır. Çünki hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir qulu azad etmişdir».
Bir çox ayə və hədislərə ətraflı nəzər saldıqda bizə məlum olur ki, İslam qanunlarında Qadın hüququ çox ehtiramla qeyd edilmişdir.

İbn Sinanın din və dövlət nəzəriyyəsi
İbn Sinanın din fəlsəfəsinə aid düşüncələri insanlıq üçün dinin lazım olub-olmaması, vəhyin imkanı və mahiyyəti ətrafında baş verən proseslər üzərində cəmlənir. Dinin lazımlılığını siyasi və hüquqi cəhətdən nəzərdən keçirən filosof insanın tək başına yaşamasının onun bütün ehtiyaclarını ödəyə bilmədiyini, bu səbəbdən cəmiyyət içərisində yaşamaq məcburiyyətində qaldığını qeyd edir. Mütəfəkkir birlikdə yaşayan insanların əsas ehtiyaclarını ödəmələrini, sabitliyin və daxili sülhün lazım olduğunu, bunun da ancaq iş bölümü ilə ola biləcəyini xatırladır. Dövlət və cəmiyyətlər məhz bu səbəbdən yaranmışdır. Cəmiyyət münasibətlərinin və iş bölgüsünün düzgün inkişaf etdirilməsi üçün hər kəsin səmimiyyətlə mənimsəyib əməl edəcəyi başlıca qanunların ortaya çıxarılması vacib amillərdəndir. İbn Sinaya görə, bu quruluşun dayağı olan əsas ölçüləri sistemləşdirmək işi bütövlükdə cəmiyyətin öhdəsinə buraxılarsa, o zaman hər kəs öz xeyrinə olan şeylərin ədalətə uyğun, zərərinə olan şeylərin isə ədalətə zidd oldğunu irəli sürəcəkdir. Beləliklə, ortaq əxlaqi və hüquqi normalarda bir anlaşma tapılmayacağı üçün, sabitlik sürətlə sarsılacaq və cəmiyyət daimi bir sülhə nail olmayacaqdır. Buna görə də, ilahi inayətlə cəmiyyət içindən bir insana peyğəmbərlik vəzifəsi və fərdi və ictimai həyatı qaydaya salmaq yönündə lazımi biliklər verilmişdir. Çünki ilahi inayət fərd və cəmiyyətin yaxşılığını, sabitliyin bərqərar olmasını, bu sabitlik üçün də nübuvvətin olmasını vacib edir («əş-Şəfa»).

 
İdeal dövlət başçısı

Bir cəmiyyətə hakim olmaq Allah-Təalanın ən böyük imtahanıdır.
Həzrət Məhəmməd peyğəmbər (s) ömrünün sonlarında minbərə çıxıb kimin onun boynunda haqqı olduğunu soruşdu. Heç kim dinmədi. Bir ərəbdən başqa. O dedi:
- Mənim haqqım var!
- Nədir?
- Siz bir savaşa gedəndə mənə bir şallaq vurmusunuz.
- Harana vurdum?
- Çiynimə.
- Gəl əvəzini vur.
- Yox, o zaman mənim çiynim açıq idi. Siz də çiyninizin üstünü açın.
Sevimli peyğəmbərimiz çiynini açdı və ərəb gedib öpərək: «Mənim istəyim Rəsuli Əkrəmi öpmək idi», - dedi.
Məsələ bundan ibarətdir ki, o vaxtkı hicazın və başqa yerlərin ali rəisi minbərə çıxıb kimin onun boynunda haqqı olduğunu soruşur. Bir nəfər də gəlib ona demir ki, sən məndən 10 dinar almısan. İndi siz bütün demokratik ölkələrə nəzər salın. Bir nəfər çıxıb deyə bilərmi «kimin haqqı var, gəlsin»? Kasıblığın, evsizliyin nə olduğunun mənasını hiss etməyən bir kəs acların, əzilənlərin fikrində ola bilməz…

İmam Əli (ə) nəzərində hakimiyyətin zəruriliyi
«İnsanlar arasında birisinin hakim olması zəruridir. İstər yaxşı olsun, istər pis. Mömin onun hakimiyyətində ibadətlə məşğuldur. Kafir öz bəhrəsini alır. Allah onun zamanında hər kəsi öz əcəlinə çatdırar. Onun vasitəsilə «maliyyat» cəm olar. Düşmənlə döyüşər, oğruların yollarının qarşısı alınar. Zəifin və gücsüzün haqqı zalımdan alınar. Bununla da yaxşı insanlar pislərin şərindən amanda yaşayarlar».(«Nəhcül-bəlağə», 40-cı xütbə)
Həzrət Əli Misirə göndərdiyi Malik Əştər adlı nümayəndəsinə yazdığı fərmanda bunları qeyd edir: «Şəhərin qazisini əhalinin ən bilikli, layiqli və pak şəxslərindən birini təyin et. Öz yanında qazinin rütbə və məqamını o qədər böyük qərar ver ki, dövlət üzvlərindən, dostlardan və həmkarlardan heç birisi bu məqamı qəlblərindən də keçirməsinlər. Ey Malik! Qaziyə qüdrət cəhətdən verilən bu məqam ona görədir ki, əl-qolu açıq olmaqla vəzifəsindən asılı olmayaraq, azadcasına, qorxusuz-hürküsüz bütün cinayətkarları mühakimə edə bilsin və onların barəsində qanunu icra etsin». («Nəhcül-bəlağə», 53-cü məktub)
Qardaşlıq və dostluq müsəlmanların şüarıdır
Quran bizləri yersiz ixtilaf və çəkişmələrdən çəkindirir və bu işin acı nəticələrini bəyan edir. Bununla yanaşı, Quran müsəlmanları qardaşlıq və dostluğa dəvət edir:
«Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də, iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız».
(Hucurat surəsi, ayə 10)

Mənbələr
1. Qurani-Kərim.
2. Mürtəza Mütəhhəri. İslamda Hicab.
3. Hikmət Hacızadə. Demokratiya; Gediləsi uzun bir yol.
4. İmam Səccad. İslamda Hüquq Nəzəriyyəsi.
5. İslam Ensiklopediyasi.
                                                                                                      Sərdar Yusifoğlu,

                                              Gəncliyin Elmi-Mədəni İnkişafi İctimai Birliyinin Sədri  


Aytekin     May 9, 2008 21:54
Şərhlər(2)    109 oxunma
Talk Freely    
1
Konul yazıb:

Salam hormetli sayt rehberi Bu meqale islamhaqda bilgimin artmasinda muhum rola oynadi sizlere minnetdaram. Serdar yusif ogluna uqurlar smile

May 11, 2008 14:05
2
Aytekin_blog muellifi yazıb:

Konul,

blogumu ziyaret etdiyiniz uchun size teshekkur edirem. Umud ediremki, blogda olan melumatlardan kifayet qeder yararlana bilirsiz.

Aytekin_LAnkaran
Blog muellifi

May 12, 2008 17:54

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Aytekin
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.

Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.

Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.

Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.

Aytekin Aliyeva
Hüquqlarınızı bilirsinizmi?




  • İndi blogda: 34
  • Keçən ayın hiti: 7056
  • Dünənki hit: 146
  • Bugünki hit: 241
  • Ümumi hit: 46369


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com