Reklam verin!
     
 

5'FREEDOMS

People are Lonely Because They Build Walls Instead of Bridges

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.


III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumat toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.


IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.


Aytekin     May 12, 2008 19:01
Şərhlər(0)    68 oxunma
Bölməsiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Aytekin
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.

Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.

Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.

Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.

Aytekin Aliyeva
Hüquqlarınızı bilirsinizmi?




  • İndi blogda: 13
  • Keçən ayın hiti: 7056
  • Dünənki hit: 146
  • Bugünki hit: 220
  • Ümumi hit: 46348


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com