Reklam verin!
     
 

5'FREEDOMS

People are Lonely Because They Build Walls Instead of Bridges

Proqram Işçisi, “Uluçay”

Vəzifə: Proqram Işçisi
Müddəti: Mayın ortalarından(10,5 ay)
Harda: Şəki (başqa regionlara və kəndlərə də səfərlər ola bilər)
İş vaxtı: 7 saat/gündə, 5 gün/həftədə

Təşkilat haqqında:

“Uluçay” təşkilatı 29 iyun 1995- ci il Şəki şəhərində yaranmış, Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərməyə başlamışdır. Uluçay təşkilatı missiyası Azərbaycanın şimal-qərb bölgəsində yerləşən rayonlarda yaşayan insanlar üçun elə bir gələcək yaratmaqdır ki, bu insanların siyasi, hüquqi, sosial və ictimai aktivliyini məhdudlaşdıran nəticələrin qarşısını alsın və onların hər biri tam hüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tuta bilsin.
“Uluçay” təşkilatı prioritet sahələri vətəndaş cəmiyyəti, təhsil, gənclərin inkişafı, gender probleminin həlli və yerli infrastrukturdur.

Vəzifənin təsviri:

“Uluçay” təşkilatı “Mülki Maarifləndirmə” Proqramı üçün Proqram İşçisi tələb edir. “Mülki Maarifləndirmə” Proqramı “Uluçay” təşkilatı tərəfindən NED – in maliyyə dəstəyi ilə həyata keçirilən 1 illik proqramdır. Proqramın hədəf qrupu Şəkidə yaşayan gənclərdir. Layihənin əsas məqsədi iştirakçıların müxtəlif təlimlər və faəliyyətlər nəticəsində vətəndaş iştirakının və siyasi məlumatlarının artırılmasıdır.
Layihənin həyata keçirildiyi dövrdə müxtəlif sənədli film günləri, açıq leksiyalar, 10 kəndi əhatə edəcək mülki maarifləndirmə dərsləri və gənc jurnalistika proqramları təşkil ediləcək.
Proqram İşçisinin vəzifələri:
 Lazım olan təlim kurslarını və proqramlarını planlaşdırmaq;
 İşçi Heyətinə müxtəlif fəaliyyətlərin təşkili üçün kömək etmək;
 Təlimlər və fəaliyyətlərlə bağlı hesabatları layihə rəhbərinə təqdim etmək;
 Gənclər üçün mədəniyyət günlərini və müxtəlif fəaliyyətləri təşkil etmək;

Tələblər:
 Yaxşı yazmaq bacarığı;
 Əlaqə qurmaq bacarığı;
 Təşkilatçılıq bacarığı;
 Ali təhsilli (üstünlük veriləcək);
 Ilkin ingilis dili bilikli (üstünlük veriləcək);
 Gənclərlə işləmək bacarığı;
 Yaradıcı və məqsədyönlü;
 Qeyri – hökümət sektoru ilə tanış olanlara üstünlük veriləcək;

Müraciət üçün:
Zəhmət olmasa 19 may 2008 – ci il tarixinədək ingilis və ya Azərbaycan dilində olan CV - lərinizi (əlaqə məlumatınızı qeyd etməyi unutmayın) aşağıdakı ünvana göndərəsiniz:
Email: Sevda@uluchay.org
www.uluchay.org
Hər hansı bir sualınız olsa yuxarıda qeyd olunan email adresinə müraciət edə bilərsiniz


Mənbə:

yahoogroup: Youth NGOs


Aytekin     May 13, 2008 18:17
Şərhlər(0)    76 oxunma
Vacancy    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Aytekin
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.

Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.

Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.

Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.

Aytekin Aliyeva
Hüquqlarınızı bilirsinizmi?




  • İndi blogda: 3
  • Keçən ayın hiti: 7056
  • Dünənki hit: 146
  • Bugünki hit: 210
  • Ümumi hit: 46338


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com