Internetə Çıxış və Təlim Proqramı (IATP* ) və “Şəffaflıq Azərbaycan” (TA*) təşkilatı birgə “Korrupsiya: Cəmiyyətdə Korrupsiya Problemlərini Həll Etməyin Yolları” adlı layihə həyata keçirir. Layihə ən yaxşı bloq müsabiqəsinin keçirilməsinə əsaslanır.
Müsabiqə 11 iyun, 2008-dən başlayaraq 15 iyul 2008-ci il tarixinədək davam edəcək.
Ən yaxşı Azərbaycan bloqçuları (yarımfinalçılar) IATP və Şəffaflıq Azərbaycan təşkilatları tərəfindən həvəsləndirici mükafat və sertifikatlarla təltif olunacaqlar.
Bloq yaratmaq üçün köməkçi suallar:
• Korrupsiya ilə üzləşmisiniz?
• Siz öz hüquqlarınızı və onları qorumağı bilirsiz?
• Qarşılaşdığınız problemi necə həll etməyə çalışmisız və nəticəsi necə olub?
• Qanunlar praktikada özünü doğruldurmu?
• Problemi həll etməyin alternativ yolları?
• Cəmiyyətdə nəyi dəyişməyin vaxtıdır?
Qeyd: Sualların hər birinə cavab vermək vacib deyil, suallar yalnız bloq yaratmaqda və mövzu yerləşdirməkdə sizə kömək etmək üçün verilir.
Ən yaxşı bloq kriteriyaları:
1. Ən yaxşı kontekst (digər mənbələrdən köçürülməməsi)
2. Mövzuya uyğunluğu və aktuallıq
3. Məlumatın keyfiyyəti və doğruluğu (hərtərəfli araşdırılması, dəqiqliyi, problemi həll etmək yollarının orijinallığı/yeniliyi)
4. Məşhurluq (yüksək ziyarətçi sayı və çoxlu sayda şərhlər) və məlumatların müntəzəm yenilənməsi
5. Texniki kriteriyalar: istifadəçi üçün maraqlı və rahat dizayn (şəkil, video/audio materiallarının bloqda olması)
Müsabiqədə iştirak etmək üçün:
1. Bloq müsabiqəsi ərizə formasını doldurmaq və corruption_blogs@iatp.az ünvanına 15 iyul, 2008-ci il tarixinədək göndərmək
2. Mövzuya uyğun olaraq Azərbaycan və ya rus dilində 15 iyul, 2008-ci il tarixinədək bloq yaratmaq
Juri- bloqları qiymətləndirən heyət:
• “Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndələri
• İATP Proqramının nümayəndələri
• Azərbaycanın bloq mütəxəssisləri
Müddət:
I. Yarımfinal
• Bloq yaradılması və ərizə formasının doldurub göndərilməsi – 15 iyul, 2008
Vacib! Bloqçular bloqlarının müntəzəm olaraq yeniləndiyini, ziyarətçi sayının və şərhlərin çoxluğunu nümayiş etdirmək üçün bloqları ən azı ərizə vermədən 7-10 gün öncə yaratmalıdırlar
• Ən yaxşı bloqların qiymətləndirməsi və seçilməsi – 16-18 iyul,2008
II. Final
• Digər ölkələrin ən yaxşı bloqlarının qiymətləndirilməsi və seçimi – 19-23 İyul, 2008
• Yekun qaliblərin elanı və mükafatlandırılması – 24-25 İyul, 2008-06
Müsabiqənin nəticəsinə uyğun olaraq Azərbaycanın ən yaxşı bloq müəllifləri (yarımfinalçılar) IATP və Şəffaflıq Azərbaycan təşkilatları tərəfindən həvəsləndirici mükafat və sertifikatlarla təltif olunacaqlar. Sonra yarımfinalçılar digər ölkələrin bloqçuları ilə final uğrunda mübarizə aparacaqlar. Birinci yerin qalibi ən son model olan 2 Gb həcmində flaş, II və III yerlərin qalibləri isə digər qiymətli hədiyyələrlə təltif olunacaqlar.



Gecendefe iatpde yarisma olanda men qatilmisdim ama yer tutmamisdim bu defe de qatilmisam!
Avqust 17, 2008 9:09