Deyirəm mashALLAH, İyul ayı deyəsən təntənəli və xoş günlərlə boldur.... Taki xoş günlərimiz bol olsun!!! :)
Bu ayın xoş günlər təqviminə AzəriBlog yaranma gününü də əlavə etmək lap yerinə düşür.. Sağolsun Ferhad m. Azərbaycan kütləsinə belə bir imkan yaratdıki, kimisi təhsil barədə insanları məlumatlandırır, kimisi onu dilə gətirən eşqindən gileylənir, kimisi çalışdığı hansısa qurumu təbliğ edir, kimisi də rəsm əsərlərini dünyaya tanıdır və hamısı bir başa Azəri Blog sayəsində reallaşır.
Amma təəsüflər olsunki, bu qədər imkanlar yaradan və geniş auditoriya toplayan bu sistem hələ də sponsor tapa bilməyib... Bəlkə də sponsorun tapılmamasında bizim də zəif fəaliyyətimizin rolu olub, zəif fəaliyyət dedikdə, bloqların gündəlik yenilənməməsi nəzərdə tutulmur, əksinə başımız işimizə və bacardıqca bloqlarımızı müntəzəm yeniləməyə o qədər qarışıbki, bloqun inkişafı və uzun ömürlü olması barədə heç bir iş görməmişik. Bu il ərzində bloqçular bloq yaradıcının təklifi ilə cəmi bir dəfə yığışıblar və nəticədən göründüyü kimi blog sisteminin maddi dəstəyində dəyişiklik olmayıb...
Oxucuda indi elə fikir yaranacaq ki, mən bu yazımda maddi tərəfləri çox işıqlandırıraç amma blog xidmətindən yararlanan bir istifadəçi kimi blogların davamlılığı məni ciddi düşündürür...!!!
Digər bloqçular da heç olmasa bu gün düşünrülərmi, niyə müsabiqə alınmadı və Azəri Blog 1 yaşını qeyd edə bilmədi ?!?!?! Hamı kimi həmkarlarımın da vaxt məhdudiyyətini anlayıram amma deyirəm heç olmasa bu gün bir anlıq düşünək bizi insanlara tanıdan, yazılarımızı işıqlandırmağa, məlumatlarımızı bölüşdürməyə əsas vasitə olan Azəri Blog-a biz də öz səmərəmizi yetirək...!!! Sizcə bu haqda düşünüb, müzakirə edib, təkliflər irəli sürməyə dəyməzmi?????
Aytekin_Lankaran, Aliyeva
freeexpression.azeriblog.com
Salam Admin. Men sizinle raziyam. Amma men de hec bir idey yoxdu. Tebrikler!!!
İyul 21, 2008 19:05