I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Tütün məmulatının istehsalı üçün Kənd Təsərrüfatı Nazirliyindən lisenziya almaq 5500 manata, bu məhsulların idxalı isə 11000 manata başa gələcək. Bu məhsulların satışının şəhər və rayonlarda (şəhər rayonları istisna olmaqla) həyata keçirilməsi üçün icra hakimiyyəti orqanlarına 220 manat ödəniləcək.
Rabitə xidmətləri - yəni : telefon (məftilli) üçün 5000 manat, sellülar (mobil) üçün 11000 manat, radiotrank və simsiz telefon satışı üçün 5000 manat, ölkədaxili telekommunikasiya kanallarının təşkili üçün 5000 manat, beynəlxalq telekommunikasiya kanallarının təşkili üçün 11000 manat, İP- telefoniya (internet-telefoniya) üçün 8000 manat, məlumatların ötürülməsi (data) üçün 6000 manat, sürətli poçt xidməti üçün 2500 manat ödəməklə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya almaq olar.
KORRUPSİYA halları ilə üzləşmiş vətəndaşlara pulsuz hüquqi yardım və məsləhət göstərilir: office@praxis.az
Layihə “Praksis” və Azərbaycan Respublikasını n Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. www.praxis.az
I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə - Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
154.1. İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi patiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma- şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
I. Hər kəs qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi və qadının eyni hüquqları və azadlıqları vardır
III. Dövlət irqindən,milliyyətindən,dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası
Maddə 14. Ayrıseçkiliyin qadağan edilməsi
Bu konvensiyada verilmiş hüquq və azadlıqlardan istifadə heç bir əlamətə görə cinsinə, irqinə, dərisinin rənginə, dilinə, dininə, siyasi və digər əqidəsinə, milli və sosial mənşəyinə, milli azlıqlara mənsubiyyətinə, əmlak vəziyyətinə, doğum və digər hallara görə ayrı seçkilik qoyulmadan təmin edilir.
İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası
Maddə 10. Fikir və məlumat azadlığı
1. Hər bir kəs öz fikrini bildirmək hüququna malikdir.Bu hüquqa öz fikrində qalmaq, informasiya və ideyaları dövlət orqanları tərəfindən müdaxilə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq almaq və yaymaq hüququ daxildir.
2. Öhdəlik və məsuliyyəti özündə saxlayan bu azadlıqların həyata keçirilməsi qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətlərdə dövlət təhlükəsizliyi, ərazi bütövlüyü və ictimai sabitlik baxımından zəruri olan qarışıqlıq və cinayətkarlığın qarşısının alınması, sağlamlıq və mənəviyyatın qorunması, digər şəxslərin ad-sanının və ya hüquqlarının müdafiəsi, məxfi şəkildə alınmış informasiyanın açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin hörmətini və qərəzsizliyini təmin etmək məqsədilə formallıqlarla, şərtlərlə, məhdudiyyətlərləvə ya cərimə sanksiyaları ilə bağlı ola bilər.
1. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
2. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək,piketlər düzəltmək hüququ vardır.
İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası
Maddə 11. Toplantı və assosiasiya azadlığı
I. Hər bir kəs dinc yığıncaqlar keçirmək azadlığı və başqa şəxslərlə assosiasiyalarda, həmkarlar ittifaqı yaratmaq və öz maraqlarının müdafiəsi üçün ora girmək də daxil olmaqla birləşmək azadlığına malikdir.
II. Bu hüquqların müdafiəsi qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyi və ictimai sabitlik baxımından zəruri olan qarışıqlığın və cinayətkarlığın qarşısını almaq, sağlamlıq və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə qoyulan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyəti olmamalıdır.
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
II.Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək,yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III.Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir.
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.
Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.
Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.
Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.