Reklam verin!
     
 

5'FREEDOMS

People are Lonely Because They Build Walls Instead of Bridges

Azəri Blog 1 yaş - Maddi Dəstək Tapılmadı....

Deyirəm mashALLAH, İyul ayı deyəsən təntənəli və xoş günlərlə boldur.... Taki xoş günlərimiz bol olsun!!! :)AzeriBlog log

Bu ayın xoş günlər təqviminə AzəriBlog yaranma gününü də əlavə etmək lap yerinə  düşür.. Sağolsun Ferhad m.  Azərbaycan kütləsinə belə bir imkan yaratdıki, kimisi təhsil barədə insanları məlumatlandırır, kimisi onu dilə gətirən eşqindən gileylənir, kimisi çalışdığı hansısa qurumu təbliğ edir, kimisi də rəsm əsərlərini dünyaya tanıdır və hamısı bir başa Azəri Blog sayəsində reallaşır.
Davamı...
Aytekin     İyul 21, 2008 18:49 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(2)    20 oxunma
Talk Freely    

Bu gün 20 İyul, Mənim doğum günüm!

My Birthday PartyHər il doğum günü ötən illər ərzində keçirdiyim doğum günümü xatırlayıram... və düşünürəmki, bu yaş dövründə əldə etdiklərim, itirdiklərim, əldə edə bilmədiklərimi götür qoy edirəm. Təbiiki bunlar çox özəl olduğu üçün bu haqda paylaşmayacam..., həm də Məni yaxından və uzaqdan tanıyanlar bu haqda az-çox məlumatlıdırlar... :)
Maraqlıdır mənimlə eyni gün dünyaya gələ məşhur insanlar kimlərdir, internetdə axtarış edib, müəyyən insanlar haqqında məlumat əldə etdim. Məlumat sonda:...
Davamı...
Aytekin     İyul 20, 2008 9:56 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(15)    46 oxunma
Talk Freely     birthday,20 iyul,famous people,life 

İSLAM MƏDƏNİYYƏTİNDƏ DEMOKRATİK ƏNƏNƏLƏR

Serdar Yusifogluİslam dininin böyük rəhbərləri öz müxalifləri ilə dialoqa üstünlük

vermişlər. Həzrət Məhəmməd peyğəmbərin (s) müşrik, kafir və digər müxalifləri ilə çoxsaylı polemikaları, peyğəmbərdən sonra İslamın əziz rəhbərlərinin ardıcıl dialoqları bu həqiqətə parlaq misaldır.
Sual oluna bilər: Əgər İslam elm, məntiq və dialoq dinidirsə, onda İslam tarixi boyunca qanlı müharibələrə səbəb nədir?

Davamı...
Aytekin     May 9, 2008 21:54 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(2)    109 oxunma
Talk Freely    

2007 Gənclər ili sizə nə verdi ?

2007-ci il gənclər ili olduğu üçün "silsilə tədbir"lər həyata keçirilmişdir.

2007 Gənclər ili sizə nə verdi ?

Gənclər ili ərzində keçirilən tədbirlər sizi qane etdimi ?

Cənclərə dövlət tərəfindən göstərilən qayğıdan razısınız?

Gənclər ili ərzində fəal gənc olaraq siz nə qazandınız ?

Siz özünüz digər gənclərə və ya icmaya nə fayda verə bildiniz ?

PS: 2 Fevral Gənclər Gününüz Mübarək olsun !!!

 


Aytekin     Fevral 2, 2008 9:52 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(9)    188 oxunma
Talk Freely    

Sorğunun nəticəsi

Artıq neçə ildirki, Azərbaycan gəncləri Mübadilə programlarında iştirak edir və xaricdə təhsil almağa çalışırlar. Səbəblər müxtəlif olsa da ən ali məqsəd biliyini genişləndirmək, beynəlxalq səviyyədə təcrübə toplamaqdır.

Amma xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtdıqdan sonra öz ölkələrində real işlər görməsi, ölkənin inkişafı naminə müəyyən layihələr həyata keçirməsi qənaətbəxşdirmi?

Ümumiyyətlə "Mübadilə Proqramları özünü doğruldurmu?" sualına cavab tapmaq üçün saytda sorğu keçirildi.

Nəticə isə belədir:

Bəli: 20%

Xeyr: 18%

Qismən: 45%

Azərbaycan üçün bu da yetərlidir: 4%

Buna şərait yoxdur: 12%

Sorğu iştirakçılarının səs verməsinə əsasən Mübadilə proqramları özünü tam doğrultmur.... Hər halda, qismən də olsa, taki nəticəsi faydalı olsun....!!!


Aytekin     Yanvar 28, 2008 16:17 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(0)    90 oxunma
Talk Freely    

Müasir Dövrün "Tələb"ləri

Yaşadığımız XXİ əsr öz yenilikləri və ağlasığmaz inkişafı ilə həyatda baş verən bir çox dəyişikliklərdə öz təsirini göstərir. Hətta bu təsir bəzən o qədər güclü olurki,  insanların şüuruna və düşünmə tərzində belə özünü biruzə verir. Bəs bu yeniliyin və tərəqqinin insanların münasibətində nə qədər özünü doğrultması və davamlılığı düşündürücü sualdır.

Müqayisə üçün ilkin olaraq tanışlıq formalarına nəzər salsaq, əvvəllər tanışlıq məkanı ya hər hansi bir ictimai nəqliyyat (tramvay, avtobus və s) və ya ictimai əyləncəli (kinoteatr, konsert, film festivaları və s) yerlər idisə, indi tanışlıq növləri daha asan və konkretdir – internet, blutuz və ya sms. Buradan belə bir sual yaranır ki, bu tip tanışlıqlar nə qədər uzun ömürlü, səmimi və dürüst olur..?! Əlbəttə əgər söhbət virtual tanışlıqdan gedirsə, insanlar özlərini olmaq istədikləri kimi təqdim etmək üçün çox da əziyyət çəkməyə ehtiyac duymurlar. Bütün bu tanışlıq növləri isə nəticə etibarı ilə ona gətirib çıxarır ki, müasir dövrün tələbləri, flirt, əyləncə, və “yaxın” əlaqə (close relation) yaratmaqdır.  Bu tələblər hal-hazırda o qədər prioritetə çevrilibki, nəinki gənclər hətta yeniyetmələr belə bu tələblərlə uyğunlaşmağa can atır.

Çox uzağa getmək lazım deyil, istirahət etmək və ya hər hansı bir informasiyanı əldə etmək üçün istifadə etdiyimiz telekanallarda belə bunun şahidi olmaq üçün ən azı 20-25 dəq yetər. Verilişə baxırıq və sətir altı yazılar gedir: “ 16-17 yaşında olan və sevməyi bacaran oğlan varsa, tanış olmaq istəyirəm, yaşım 16, Zabratda yaşayaıram, adım Güneldir, sms göndərin, TƏLƏSİN!” Maraqlıdır, tələsməsə nə olacaq görəsən? J Amma acınacaqlıdırki, 16 yaşında yeniyetmənin maraq dairəsi təhsil almaq, həyatda özünə mövqe tutmaq, cəmiyyətin faydalı bir vətəndaşı olmaq deyil, əks cinsin nümayəndələrinə sevgi təklifi ilə çıxış etməkdir.

Əgər bizlər həmin yaş dövründə valideynlərimizin daima bizə aşıladığı “əxlaq, mənəvi dəyərlər, dürüstlük, şərəf, ləyaqət, namusla yaşamaq vacibliyi” terminlər idisə, indi həmin terminlər az qala arxaizm sözlər sırasına aid edilir və əgər valideynlərimizin bizə öyrətdiyi əsas dəyərlərləri qorumağa çalışırıqsa, “müasir” gənclər tərəfindən qəbul edilməz oluruq və “keçmiş əsrin adamları” adını belə alırıq. Lakin, insanlar bir anlıq vaxt ayırıb düşünmək istəmirlərki, 16-17 yaşlarında yeniyetmə bir şəxs “müasir” metodlarla özünə həmdəm axtarırsa, həyatda flirt və əyləncəyə meyl edirsə, onun gələcəkdə öz övladlarına verə biləcəyi nəsihət hansı formada və nə dərəcədə düzgün ola bilər?!?!?!?!?!

Budurmu, cəmiyyətimizi əxlaqi-mənəvi dəyərlədən uzaqlarşdıran müasir dövrün tələbləri? Budurmu, XXİ əsrin inkişafını özündə əks etdirən Müasir dövr tələbləri?Əgər həqiqətəndə, müasir dövrün tələbləri bunlardırsa və bu tələblər cəmiyyət tərəfindən normal olaraq qəbul edilirsə, o zaman, nə etmək olar, ya zamana uyğunlaşmalıyıq, ya da, “layiq” olduğumuz, “ köhnə əsrdən qalma” adını rahatlıqla qəbul etməliyik. Aforizmdə deyildiyi kimi, “Dünyanı dəyişmək istəyirsə, özünü dəyiş” 

PS: Yazılan məqalə ilə razılaşmayan gənclər ola bilər, ən azından buna sevinmiş olaram, çünki bu mentolitetimizi və milli dəyərlərimizi  qoruyan gənclərin mövcudluğunu göstərə bilər. 

FAithfully,Aytekin_LAnkaran


Aytekin     Dekabr 18, 2007 16:27 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(8)    219 oxunma
Talk Freely    

BAXIN AMMA SUSMAYIN!!!

İnformasiya cəmiyyəti (İC), (Information Society) – elə cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. İC-nin əsas məqsədi informasiya bolluğu, başqa sözlə, insanların informasiya tələbatının ödəməyə imkan verən müxtəlif təyinatlı informasiya resurslarını yaratmaqdır. Bu bolluğun yaradılmasında hamı, xüsusən də, alim və ziyalılarımız yaxından iştirak etməlidir. Hər bir insan harada yaşamasından asılı olmayaraq informasiya və kommunikasiya şəbəkələrinə giriş imkanına malik olmalıdır. Çünki torpaqlarımızın 20%-ni işğal edən, Ermənilər bu işdə çox fəal iştirak edirlər və o qədər fəaldırlarki, Azərbaycan adı ilə qeydiyyatdan keçə biləcək “com, net, tv, org, info" və digər mühüm domeynları alıblar və həmin domeynlərdə məlumat yerləşdirmək artıq nəinki gecdir hətta qeyri mümkündür.Nəzərinizə çatdırımki, www.azerbaijan.com adlı domeynin alınması hələ 1997-ci il ENOM, İNC (Movses karamanoukian) adlı Erməni tərəfindən alınmışdır və o ABŞ-ın Los Angeles şəhərində yaşayır. Amma ən ciddi problem odurki belə alınmış domeynlərin sayı olduqca çoxdur və nəinki Azerbaijan adı ilə bağlı deyil. Təsəvvür edirəm, Azərbaycan haqqında məlumat toplamaq istəyən hər hansı bir xarici vətəndaş Azərbaycan haqqında məlumat toplamaq istəsə hansı təəsüratlar yaranacaq. Baxa bilərsiz: BAXIN AMMA SUSMAYIN!!! Davamı...
Aytekin     Oktyabr 18, 2007 18:45 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(2)    226 oxunma
Talk Freely     occupied-domains by armenians 

Azərbaycanda Rus dili hələ də aparıcı dildir ?!?

Bu yaxınlarda həmkarlardan birinin mənə göndərdiyi məqalədə "Müstəqil Azərbaycanın daha da "ruslaşması" (rus dilli və rus mədəniyyətli olmağı) dərc olunmuşdu. Həmin məqalə 2-3 ay öncə çap olunsa da görünür həmkarım da onu yenicə oxuyub.

Müəllif məqaləni dərc etdirməklə, Müstəqil Azərbaycanda hələ də rus dilinin üstünlük təşkil etdiyini və hətta rus dilinin Azərbaycanda elit və aparıcı dil olduğunu oxuculara çatdırır.

Məqalədə sadalanan faktlara əsasən Azərbaycanda rus dilinin "prestij"liyinin  o qədər yüksək olması vurğulanıbki, Azərbaycanlıların orta məktəblərə 500-1500$ məbləğində "mükafat" verməsi belə açıqca qeyd olunub.

Sovet İmperiyası dövrü ilə müqayisədə, son dövrlərdə Azərbaycanda Azərbaycan dövlət dilinin  daha çox istifadə olunması və Azərbaycan dövlət dilinin həqiqətəndə dominant/aparıcı dil olduğuna inandığımız bir vaxtda məqalə müəllifinin apardığı müşahidələrə inanmaq ..... nə dərəcədə doğrudur ???

Davamı...
Aytekin     Oktyabr 9, 2007 14:09 Yazını "XəbərNamə"yə göndər!
Şərhlər(9)    276 oxunma
Talk Freely    

  Yazılar cəmi: 8   
Aytekin
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.

Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.

Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.

Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.

Aytekin Aliyeva

Search

Section

Links

Previous

Vote

Hüquqlarınızı bilirsinizmi?




Key words

Counter

  • İndi blogda: 27
  • Keçən ayın hiti: 7056
  • Dünənki hit: 146
  • Bugünki hit: 234
  • Ümumi hit: 46362
Counter Powered by  RedCounter Google PageRank 
		Checker - Page Rank Calculator


 
 
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com