Bloqların müasir dövrdə aktual olduğunu və gündən günə bloq istifadəçilərinin sayının artmasını nəzərə alıb, bu sahə ilə maraqlananlar üçün onlayn foruma start verilib. Forum İREX təşkilatının İATP proqramı tərəfindən həyata keçirilir (www.irex.az ; www.az.iatp.net)
Forumun adı: “Bloqların yaradılması və onların maarifləndirmə funksiyaları”
Davamı...
Yaxınlarda bir yaşını qeyd edəcək azəriblog sistemi artıq kifayət qədər tanınmış, auditoriya toplamış və özünü doğrultmuşdur. Bir il ərzində yararlandığımız bloq sistemində müxtəlif mövzularda və kateqoriyalarda bloqlar yaradılmışdırki, bunlarda ümumi Blogların cəmi: 4316. Fəal blogçular: 3415 sayı təşkil edir. Azərbloq-dan əldə etdiyim statistik məlumata görə Azəri blogda müxtəlif kateqoriyalara uyğun olaraq aşağıda qeyd olunan sayda bloq yaradılmışdır:
Biznes və İqtisadiyyat (233); Cəmiyyət (311); Din (159); Elm və Maarif (130); Foto Blog (258); Gülməli (86); İdman (193); Kino-Tv (56); KİV və Xəbərlər (95); Kompyuter və İnternet (367); Müsiqi (221); Mədəniyyət və İncəsənət (122); Oyun (92); Qadın (39) Sevgi (371); Siyasət (140); Səhiyyə və Sağlamlıq (32); Şəxsi blog (864); Səyahət (49); Texnologiya (85); Təhsil (134); Yemək (15); Ədəbiyyat (263)
Amma bir fakt da müstəsna deyilki, müəyyən səbəblərə görə bağlanan bloqlar da olur. Bunların səbəbləri müxtəlifdir. Ya bloqun tamamlanmaması, ya qaydaları pozması yada hər hansı digər səbəb.
Məhz istifadəçilərin maraqlarının nəzərə alınması və onların istəyinə və zövqünə uyğun olaraq bloqlarımızı inkişaf etdirmək məqsədilə yaradılmış azəribloglar arasında müsabiqə keçirtmək istərdim. Müsabiqə aşağıda ardıcıllıqdan ibarətdir:
Internetə Çıxış və Təlim Proqramı (IATP* ) və “Şəffaflıq Azərbaycan” (TA*) təşkilatı birgə “Korrupsiya: Cəmiyyətdə Korrupsiya Problemlərini Həll Etməyin Yolları” adlı layihə həyata keçirir. Layihə ən yaxşı bloq müsabiqəsinin keçirilməsinə əsaslanır.
Müsabiqə 11 iyun, 2008-dən başlayaraq 15 iyul 2008-ci il tarixinədək davam edəcək.
Ən yaxşı Azərbaycan bloqçuları (yarımfinalçılar) IATP və Şəffaflıq Azərbaycan təşkilatları tərəfindən həvəsləndirici mükafat və sertifikatlarla təltif olunacaqlar.
Blogun yaradılmasının əsas məqsədi fikirlərin azad və açiq əks olunması, azadlıq və onun növləri haqqında cəmiyyəti maarifləndirilməsi, yeniliklərin cəmiyyətə çatdırılması və fikir mübadiləsi aparmaqdır.
Blogda siz Mübadilə Proqramları, onlar haqqında ən son məlumatlar və Mübadilə Proqramlarının Məzunları, yeni elan olunmuş iş yerləri haqqında məlumatlar əldə edə bilərsiz.
Blog sizə fikirlərinizi açıq şərh etməyə, məqalənizi işıqlandırmağa şərait yaradır.
Blog-da məlumatlar Azərbaycan ve Ingilis dilində yerleşdilir.